İranda zəlzələ oldu, Ordubadda hiss edildi
Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində 4,4 maqnitudalı zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss olunub.
