Şamaxıda kişi dəm qazından boğulub öldü
Şamaxıda kişi dəm qazından ölüb. Heftelik.az APA-ya istinadən xəbər verir ki, Şamaxı şəhəri, Nazim Hikmət küçəsi, ev 5 ünvanında yaşayan Emil Hümbətov dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
