Meymunçiçəyinə yoluxan şəxs evə buraxıldı
Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. Heftelik.az-ın xəbərinə görə, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
