Hadisə

Mingəçevirdə evdə partlayış – Ölən var

Mingəçevirdə bədbəxt hadisə baş verib. Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 84 yaşlı Osmanova Rahilə Mingəçevir şəhərində yaşadığı evdə qaz sızmasından baş vermiş partlayışda yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Zaqatalada ev yandı – Ölən var

Zaqatalada ev yanıb. Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Nəticədə  1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ

Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib. Heftelik.az-ın xəbərinə görə, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.…