Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsindən geri çağırıldı
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. Heftelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
