Prezident İlham Əliyev Brüsselə işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə işgüzar səfərə gəlib. Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şarl Mişel Avropa İttifaqının mənzil-qərargahında Prezident İlham Əliyevi qarşılayıb.