Türkiyə Suriyanın şimalında anterror əməliyyatı keçirəcək

23 May 2022

Türkiyə Suriyanın şimalında YPG/PYD terror təşkilatına qarşı antiterror əməliyyatına hazırlaşır.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb.

BUNA DA BAX: Ərdoğan gəlir

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə cənub sərhədləri boyu 30 km enində təhlükəsizlik zolağı yaradılması ilə bağlı planını tamamlayacaq. Türkiyə Prezidenti hazırlıqlar yekunlaşandan sonra əməliyyatın başlayacağını, əsas hədəfin Türkiyəyə və Suriyadakı təhlükəsiz bölgələrə hücumların edildiyi ərazilər olduğunu bəyan edib. : “Yaxın vaxtlarda əməliyyata başlayacağıq”.

Qeyd edək ki, YPG/PYD PKK terror təşkilatının Suriya qoludur. Türkiyə Ordusu 19 yanvar – 24 mart 2018-ci il tarixlərində  “Zeytun budağı” hərəkatı zamanı Suriyanın Afrin bölgəsini YPG/PYD terrorçularından azad edib.  9 oktyabr – 25 noyabr 2019-cu il tarixlərində Türkiyə Ordusu Barış bulağı hərəkatını həyata keçirib. Ancaq ABŞ və Rusiyanın təzyiqləri səbəbindən Türkiyənin həmin dövrdə sərhədləri boyu 30 km təhlükəsizlik zolağının yaradılması planı yarımçıq qalıb.

Top