Gizli xəzinədən 10 ton qızıl çıxarıldı

04 Avqust 2022

Almaniya diktatoru Adolf Hitlerin İkinci Dünya müharibəsi dövründə Polşanın Minkovski şəhərindəki köhnə sarayın bağçasında gizlətdiyi xəzinənin çıxarılması davam edir.

Heftelik.az-ın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, artıq dəyəri 240 milyon avro olan 10 ton qızıl çıxarılıb.

BUNA DA BAX: Bu milyarderlər yoxsullaşır - Aralarında Vahid Ələkbərov da var

Ümumilikdə, qazıntılar nəticəsində dəyəri 500 milyon avro olan 28 ton qızıl və zinət əşyalarının aşkarlanacağı gözlənilir.

Qeyd edək ki, sarayın bağçasında Hitlerin müsadirə etdiyi qızıllardan başqa zəngin alman ailələrinin rusların əlinə keçməməsi üçün nasistlərə təhvil verdikləri müxtəlif qiymətli əşyaların olduğu ehtimal edilir.

67 Baxış
Top