Ərdoğan Ukraynaya gedir - Quttereş də gələcək

16 Avqust 2022

BMT Baş katib Antonio Quterreş avqustun 18-də Ukraynanın Lvov şəhərinə səfər edəcək.

Heftelik.az-ın məlumatına görə, bunu bunu BMT-nin sözçüsü Stefan Dujarrik bildirib. 

BUNA DA BAX: Ermənistanda matəmdir

Baş katib Ukraynanın Lvov şəhərində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Antonio Quterreş görüşlərdən sonra Odessanı ziyarət edəcək. Antoniu Quttereş həftə sonu Nyu-Yorka qayıtmazdan əvvəl İstanbula gedəcək və Qara dəniz taxıl təşəbbüsünün bir hissəsi kimi istifadə edilən üç limandan birini ziyarət edəcək. Baş katib İstanbulda Ukrayna, Türkiyə və BMT arasında imzalanan taxıl ixracı haqqında sazişin icası üçün ortaq koordinasiya mərkəzini də ziyarət edəcək.

54 Baxış
Top