Ukrayna da NATO üzvü olur - Zelenski ərizə imzaladı

30 Sentyabr 2022 18:09

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya sürətləndirilmiş qaydada üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

BUNA DA BAX: Kremldə bu regionların Rusiyaya daxil olmasına dair sazişlər imzalandı

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir: “Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”.

 

 

45 Baxış
Top