İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmi olaraq Azərbaycana təhvil verilib.
Heftelik.az-ın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.