Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.
Heftelik.az-ın məlumatına görə, görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Tvitter"-də paylaşımında iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşdə regional və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdiyini yazıb.