Markon bir gün bir cür, sabah başqa cür danışa bilər – Partiya sədri

17 Mart 2023 09:03

Fransa Prezidentinin Emmanuel Makronun Rusiya və Ukrayna arasında vasitəçi olmaq üçün iradəsi yoxdur.

Heftelik.az-ın “qazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filipp bildirib.

Florian Filipp deyib ki, hazırda Emmanuel Makronun belə rol oynamaq üçün iradəsinin olmadığını düşünür: “Makron komediyaçıdır, onun dediklərindən nəyin doğru, nəyin yanlış olduğunu heç vaxt başa düşə bilməzsən. Markon bir gün bir cür, sabah başqa cür danışa bilər”.

23 Baxış
Top