Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Fransa "Nant"ı Liqa 1-in IX turunda səfərdə "Monako"ya böyük hesabla uduzub.

Heftelik.az-ın məlumatına görə, "Lui II" stadionunda oynanılan qarşılaşma qonaqların 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

BUNA DA BAX: Azərbaycan yığması məşqçisiz qaldı

Meydan sahiblərindən 2-ci dəqiqədə Brel Embolo, 6, 28 və 62-ci dəqiqələrdə Vissam Ben-Yedder fərqlənib. Antuan Kambuarenin baş məşqçi olduğu kollektivin yeganə qolunu isə 79-cu dəqiqədə Kayo Enrike öz qapısından keçirib.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran "Monako" 5-ci pilləyə yüksəlib. 7 xalı olan Nant şəhərinin eyniadlı təmsilçisi isə 16-cı sırada qalıb.

Qeyd edək ki, "Qarabağ" "Nant"la Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

BUNA DA BAX: Ürək ağrısı ilə sinir ağrısını necə ayırd etməli?

Azərbaycanda indiyədək ümumilikdə 821 635 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 810 889 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 827 nəfərdir.

Ölkədə son sutka ərzində 2 223, hazırkı dövrədək isə 7 254 846 test aparılıb.

Bazar, 02 Oktyabr 2022 13:00

Külək, duman - PROQNOZ

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

BUNA DA BAX: Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 29-34° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Bazar, 02 Oktyabr 2022 12:30

Xocavənddə minaya düşən var

Xocavənd rayonunda Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən fəhlə minaya düşüb.

Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Heftelik.az-a verilən məlumata görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.

BUNA DA BAX: Tərtər sakinləri minaya düşdü

Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasif Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:

Partlayış nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur.

Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.

1 -dən səhifə 3318
Top