Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Dekabrın 7-də olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub.

BUNA DA BAX: Artıq burada yeni avtobus zolağı var- XƏBƏRDARLIQ

Düşən yağıntının miqdarı Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada 6.0 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Bakı, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Havanın temperaturu iqlim normasından 4.7° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 8-13° şaxta, aran rayonlarında 4°-dək isti olub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini bildirib.

Heftelik.az-ın məlumatına görə, İsa Məlikov bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, – paylaşımda qeyd olunub.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatından  bildirib ki, Azərbaycanın “Avroviziya” Beynəlxalq Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.

Bakı Nəqliyyat Agentliyi (BNA) fərdi nəqliyyat vasitəsi sürücüləri və avtomobil sahiblərinə xəbərdarlıq edib.

 BNA-dan  Heftelik.az-a verilən məlumata görə, paytaxtda fəaliyyət göstərən 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılıb. Artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb.

BUNA DA BAX: Köhnə avtomobillər vauçerlə alınacaq

Bununla əlaqədar bildiririk ki, 11 dekabr 2022-ci il tarixindən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.

Bir daha sürücüləri və avtomobil sahiblərini paytaxtın əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə tətbiq edilən xüsusi zolaqların tələbinə anlayışla yanaşmağa dəvət edirik. Bu zolaqları təşkil etməkdə məqsəd, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində stabilliyi təmin etmək, əhalinin ictimai nəqliyyatdan istifadəyə marağını artırmaqla keyfiyyətli sərnişindaşınma xidməti göstərməkdir.

Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı, operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla maneəsiz hərəkəti təmin olunacaq ki, bu da həyati vacib sahələrə müsbət təsir göstərəcək.

Çərşənbə, 07 Dekabr 2022 13:47

Alüminium 0,56% ucuzlaşdı

Alüminium ucuzlaşmağa başlayıb.

Heftelik.az-ın məlumatına görə, saat 13.00-a London Metal Birjasında (LME) ticarət olunan alüminium 0,56% (14,00 dollar) ucuzlaşıb.

Beləliklə, alüminiumun tonu 2508,50 dollara təklif edilib.

4 -dən səhifə 3666
Top