Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

"Azərpoçt" MMC-nin "Poçtap" xidmətində 1 495 itirilmiş sənəd qeydə alınıb.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, qeydiyyata alınan sənədlərin 460-ı sahiblərinə çatdırılıb, 1 025-i isə aidiyyəti qurumlara göndərilib. Tapılan sənədlərin 10-u “Azərpoct”un filial və şöbələrində saxlanılır.

BUNA DA BAX: 70 minlik stadionda 70 nəfərlə dsikoteka - Vəsait çoxdur ki, silmək lazımdır?! - Osman Gündüz Ramin Quluzadənin vəzifəsini icra edə bilməməsindən yazdı

Qeyd edək ki, itirilən sənədlər "Poçtap" sistemində 30 gün saxlanılır və bu dövrdən sonra müvafiq strukturlara göndərilir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilən sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bildiriş verilir. Xidmət haqqı 1,8 manat təşkil edir.

İtirilən sənədin tapılıb-tapılmadığı barədə məlumatı pochtap.az saytının müvafiq bölməsindən əldə etmək olar.

Xatırladaq ki, sözügedən xidmət 2017-ci ilin mart ayında istifadəyə verilib.

Çərşənbə, 04 Sentyabr 2019 09:56

Bu gün 5 rayonda qaz olmayacaq

Azərbaycanın bir neçə rayonunda sentyabrın 4-də saat 10:00-dan etibarən yenidənqurma və tikinti işləri başa çatanadək "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

“Azəriqaz” İB-dən Heftelik.az-a verilən məlumata görə, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşviqabad və 28 May qəsəbələrində, “Qaz İxrac” İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

BUNA DA BAX: SOCAR əməkdaşlarının maaşı artdı

Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək “Qaz İxrac” İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.

Bu gün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi başa çatır.

Heftelik.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən verdiyi məlumata görə, 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi avqustun 31-dən sentyabrın 4-dək aparılır.

BUNA DA BAX: Məktəblərdə risk qrupuna daxil edilən şagirdlər müəyyənləşdiriləcək - ƏMR

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

İxtisas seçimi avqustun 31-dən sentyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.

Sabirabad rayonunun Minbaşı kəndində qatarın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.

BUNA DA BAX: Azərbaycandan 30 min dollar və 300 qrama qədər qızıl çıxarmaq istəyənlər saxlandı - FOTO

 

İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizaranın idarə etdiyi qoşqulu yük maşını qatarın yoluna çıxıb və yaxınlaşmaqda olan qatarla toqquşub.

 

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Yük maşınının qatarla toqquşması nəticəsində maşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.

Qatarların hərəkəti müvəqqəti dayandırılıb.

 

Top