Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Neft ucuzlaşır.

Heftelik.az-ın məlumatına görə, bu gün saat 13.00-a WTİ markalı neft 0.48 faiz ucuzlaşıb və bir bareli 73.89 dollara satılıb.

“Brent” markalı neft isə 0.36 faiz ucuzlaşıb və bir bareli 78.99 dollara təklif olunub.

Çərşənbə, 07 Dekabr 2022 13:41

Qızıl və gümüş yenə bahalaşır

Dünya birjalarında qızıl və gümüş bahalaşmağa başlayıb.

Heftelik.az-ın məlumatına görə, bu gün saat 13.00-a qızıl  0.15 faiz bahalaşıb və 1 unsiyası 1785.10 dollara təklif edilib.

Gümüş isə 0.67 faiz bahalaşıb və 1 unsiyası 22.49 dollara satılıb.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb.

Heftelik.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.

BUNA DA BAX: Rusiya sülhməramlıları Azərbaycan jurnalistlərinin Xocalıya getməsinə imkan vermədi - VIDEO

Monitorinq qrupunun üzvləri danışıqlardan sonra Şuşaya qayıdıb.

Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib ki, monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə baş tutub: "Monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.Təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcəyi Rusiya sülhməramlılarının komandanlığının diqqətinə çatdırılıb".

Çərşənbə, 07 Dekabr 2022 13:28

Kriptovalyutalar yenə ucuzlaşır

Kriptovalyutalar ucuzlaşır.

Heftelik.az-ın məlumatına görə, bu gün saat 13.00-a Bitcoin 1,23 faiz ucuzlaşıb və 1 Bitcoin 16 min 826.3 dollara təklif edilib.

Bitcoin Cash  2,77 faiz dəyər itirib və 1 Bitcoin Cash 108.80 dollara satılıb.

Ethereum (Efirium) 2,63  faiz  ucuzlaşıb və 1 Ethereum 1 229,53 dollara təklif edilib.

6 -dən səhifə 3667
Top