Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrini açıqlayıb.

Heftelik.az-ın məlmatına  görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda  (Fond) aparılmış audit büdcədənkənar dövlət fondunun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunması ilə bağlı fəaliyyətin (pensiya və müavinətlərin təyin edilməsi istisna olmaqla) hüquqi aktlara uyğunluğu  vəziyyətini əhatə edib.

Qeyd edilib ki, 2021-ci il üçün Dövlət sosial müdafiə fondunun icra olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Belə ki, Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib. Fond və İşsizlikdən sığorta fondu üzrə sair daxilolmaların məbləğinin düzgün uçota alınmaması, elektron informasiya bazalarının aidiyyəti qurumlar tərəfindən tam uyğunlaşdırılmaması və vahid formatın hazırlanması prosesinin yekunlaşdırılmaması hesablanmış faiz və maliyyə sanksiyaları üzrə vergi orqanlarının məlumatları ilə müqayisədə fərq məbləğini formalaşıb. 

Gəlir və xərclərin büdcə prosesini tənzimləyən aktların müəyyən etdiyi qaydada vahid büdcə təsnifatına uyğun şəkildə tərtib və icra olunmaması, eləcə də proqnozlaşdırma prosesində tələb olunan bir çox məlumatların məzmun baxımından təkmil olmaması, xüsusilə icra edilmiş vəsaitlər barədə hesabatlılığın müəyyən edilməməsi, son nəticədə, gəlir və xərclərin icra səviyyəsinə təsir göstərməklə yanaşı ayrılmış vəsaitlərlə bağlı “məqsəd-nəticə” uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.  

2006-2016-cı illər üzrə 1394,0 mln. manat məbləğində vəsaitin sığortaolunanların hesabı ilə eyniləşdirilmədiyi müəyyən olunub,  Fond tərəfindən həyata keçirilmiş fəaliyyət nəticəsində həmin məbləğ 2021-ci ildə bir neçə dəfə azalsa da, ilin sonuna 274,6 mln. manat məbləğində sığorta haqları sığortaedənlər tərəfindən hesabatlarının verməməsi səbəbindən sığortaolunanlar üzrə bölüşdürülməyib. Məlumatların müvafiq proqram təminatında real vaxt rejimində yüklənilməsi tam təmin edilməmiş, bəzi hallarda isə bu iş gecikmələrlə həyata keçirilmiş, nəticədə 2021-ci il ərzində 40,8 mln. manat məbləğində sığorta haqqının Fond tərəfindən sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməmişdir. Ödənilmiş sığorta haqları üzrə sığortaedənlər tərəfindən hesabatların natamam verilməsi həmin vəsaitlərin  sığortaolunanlar üzrə  fərdi hesablarda qeydə alınmaması ilə nəticələnmişdir ki, bu da, sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaedən, sığortaolunan və sığortaçı arasında öhdəliklərin sərhədlərinin müəyyənləşdirilməsi və bu öhdəliklərin icrasına təsir göstərəcək risklər sırasına aid edilə bilər.

Dövlət öhdəliyinin dəqiq müəyyənləşdirilməməsi, həmçinin Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin də büdcə təsnifatı üzrə proqnozlaşdırılaraq icra edilməməsi, son nəticədə, öhdəlik-vəsait-nəticə qarşılıqlı uzlaşmasının təmin olunması, eləcə də, öhdəliyin azaldılması ilə bağlı tədbirlərin nəticəliyinin yüksəldilməsi imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə ilkin şərt olan öhdəliklərin istiqamətlər üzrə məbləğinin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyət də tam başa çatdırılmayıb.

Dövlət sosial müdafiə fondunun büdcəsi barədə qanunun 5-ci maddəsi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarından daxil olan və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə müəyyən edilmiş tənzimləməyə əməl olunmamış, büdcə təşkilatlarından daxilolmaların proqnoz və icra göstəricilərinin artıqlaması ilə icra olunması fonunda 2021-ci ildə dövlət büdcəsindən ayrılmalı olan vəsait 6,8 dəfə çox azaldılıb.

Xərclərin ayrı-ayrı istiqamətlər üzrə hesabatlarda doğru əks olunması ilə bağlı toplanmış audit sübutları ilə ümumilikdə istifadə edilmiş vəsaitlərin hesabatlarda doğru əks olunduğu müəyyənləşdirilmiş, bununla yanaşı proqnozların əsaslı şəkildə tərtib edilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən 3 müavinət növü üzrə 18,9 mln. manat məbləğində vəsaitə əlavə tələbatı yarandığı, 26 nəfər pensiyaçıya eyni zamanda 2 yerli orqan tərəfindən əmək pensiyası ödənişinin həyata keçirildiyi, eləcə də 6 nəfər pensiyaçının vəfatından sonrakı dövr üçün vəsait istifadə olunduğu aşkar olunmuşdur. 

Ödənişi davam etdirilən pensiya işləri üzrə aparılmış seçmələr əsasında 24 rayon (şəhər) üzrə 51 şəxsə 20 aprel 2013-cü il tarixədək təyin olunmuş  pensiya təyinatının həyata keçirilməsi zamanı  doğum tarixi üzrə məlumatların əks etdirildiyi sənədlərdə düzəlişlərlər olunduğu, bu düzəlişlərlə yaş həddi hüquqi aktların müvafiq tələbinə uyğunlaşdırılmaqla həmin vətəndaşlara pensiya ödənildiyi müəyyənləşdirilib. 

Dövlət sosial müdafiə fondun xərclərinin əsasən dövlət-vətəndaş öhdəliklərinin tənzimlənməsi məqsədi daşıdığını diqqətə alsaq, funksional və iqtisadi baxımdan xərclərin, eləcə də gəlirlərin təsnifləşdirilməməsi son nəticədə bu, ödəmə məbləği və həmin məbləğ müqabilində göstərilən xidmətin dəyəri arasında uyğunluğun müəyyənləşdirilməsini çətinləşdirib. 

Fondun saxlanması xərclərinin həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun idarəetmə xərcləri ilə bağlı tələbinə uyğun olmuşdur. Xərclərin araşdırılması zamanı bəzi hallarda uyğunsuzluqlar aşkar edilmiş,   müqavilə müddətinin hüquqi aktlarla müəyyən olunmuş prosedurların uzadılması cərimələrin hesablanılması ilə bağlı addımların tətbiqini məhdudlaşdırıb. 

İctimai sektorun bir tərkib elementi olaraq publik hüquqi şəxs qismində fəaliyyət göstərən Fond tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi prosesinin yekunlaşmaması Fondun maliyyə vəziyyətinin müəyyənləşdirilməsinə şərait yaratmamış, eləcə də əsas vəsaitlərinin uçotunun düzgün aparılmaması və əvəzsiz verilməsinin hüquqi taktların tələbələrinə uyğun həyata keçirilməməsi aktivlərin hesabatlılığında uyğunsuzluqlara səbəb olmuşdur.

Auditor tərəfindən məhdud əminlik səviyyəsində  təsdiq edilmiş xərc istiqamətləri üzrə fəaliyyətinin, Fondun aparatın saxlanılması xərcləri və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla, qüvvədə olan hüquqi aktlara əsasən uyğun olması barədə rəy təqdim edilib.

Qəbul edilmiş Kollegiya qərarında pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə ümumilikdə 36,7 min manat vəsaitin bərpa edildiyi nəzərə alınmış, bu istiqamətdə 38,3 min manat artıq, 19 pensiyaçı üzrə 18,0 min manat əskik, həmçinin 115 pensiyaçı üzrə fərdi uçot məlumatlarında dəqiqləşmələr aparılaraq artıq və ya əskik ödəmələr müəyyənləşdirilmiş hallar üzrə vəsaitin, eləcə də  bəzi müqavilələr üzrə 34,3 min manat çatışmazlıq məbləğinin bərpasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Eləcə də, məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884,0 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcəklər.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nümayəndələrin Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılacaq.

Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Çərşənbə, 07 Dekabr 2022 09:48

Misir Qasımlıya hökm oxundu

Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə,  bu gün keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.

BUNA DA BAX: Qazi maşınla qəza törətdi - Ölən var

Xatırladaq ki, təqsirləndirilən şəxsin sözlərinə görə, milliyətcə erməni olan bir əcnəbi onu döyməkdə şərləyib. Bildirib ki, onu qanunsuz olaraq həbsdə saxlayırlar.

 
Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Çərşənbə, 07 Dekabr 2022 09:44

Qazi maşınla qəza törətdi - Ölən var

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

BUNA DA BAX: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat etdi

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

8 -dən səhifə 3665
Top