Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Mahmud Nəbiyev ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Mahmud Nəbiyev 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədridir.

Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşner həbs edilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə ölkənin İkinci Federal Məhkəməsi qərar qıbul edib.

Məhkəmə onu korrupsiya işi üzrə təqsirli bilib. Siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, o, dövlət vəzifəsində işləmək hüququndan ömürlük məhrum edilib.

Qeyd edək ki, 69 yaşlı Kristina Elisabet Fernandes de Kirşner 2019-cu ilin dekabrın 10-dan vitse-prezidenti vəzifəsində olub.

 

Qətərdə keçirilən DÇ-2022-də 1/8 final mərhələsi başa çatıb.

Heftelik.azın Apasport.az-a istinadən verdiyi məlumata görə, mərhələnin son matçında Avropa təmsilçiləri üz-üzə gəlib.

BUNA DA BAX: DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala çıxdı

Mundialın 17-ci gününün son duelində Portuqaliya və İsveçrə matçı keçirilib.

Pireneylilər İsveçrəni darmadağın edərək adını növbəti mərhələyə yazdıran tərəf olub

Qeyd edək ki, 1/4 final mərhələsi dekabrın 9-10-da keçiriləcək.

DÇ-2022
1/8 final
6 dekabr
23:00. Portuqaliya – İsveçrə - 6:1
Qol: 
Qonsalu Ramuş, 17, 51, 67. Pepe, 33. Rafael Qereyru, 55. Rafael Leau, 90+2 – Manuel Akanci, 58

Bu gün DÇ-2022-də 1/8 finalın son oyunları keçirilir.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, mundialın 17-ci günü Mərakeş – İspaniya matçı ilə başlayıb.

Xorvatiya və Belçika kimi rəqiblərlə eyni qrupda birinci yeri tutan afrikalılar növbəti sensasiyanı gerçəkləşdirmək üçün meydana çıxıb. İspaniya isə favoritlərindən olduğu dünya çempionatında daha bir addım atmağa köklənib. Görüşün əsas və əlavə hissələrində hesab açılmayıb. Penaltilər seriyasında isə sevinən Mərakeş millisi olub. 

Bu cütün qalibinin rəqibi günün son matçında bəlli olacaq. Həmin görüşdə Portuqaliya və İsveçrə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın əvvəlki üç günündən sonra 1/4 finalın Niderland – Argentina, Fransa – İngiltərə və Xorvatiya – Braziliya cütləri dəqiqləşib.

DÇ-2022
1/8 final
6 dekabr
19:00. Mərakeş – İspaniya - 0:0 (3:0 penaltilər)

10 -dən səhifə 3666
Top