Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Cümə axşamı, 08 Dekabr 2022 09:01

Kəndlisini gecə güllələyib öldürdü

Dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

BUNA DA BAX: Bakıda kişinin keçmiş arvadını öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşüb.

XİN-dən Heftelik.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir Ceyhun Bayramov, sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.

Nazir, Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa Parlamentində qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.

Səfir Ann Buayon qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib və münasibətlərin inkişafına çalışacağını bildirib.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesində “Azad Azərbaycan” (ATV) telekanalının aparıcısı Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda yazılı vəsatəti İ.Süleymanov vəkilləri məhkəməyə təqdim edib.

Vəkillər vəsatətlərində Z.Baxşəliyevin efirlərin birində N.Quliyevin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.
 
Məhkəmə vəsatəti təmin etməyib.
 
Daha sonra təqsirləndirilən şəxsin müdafiəçiləri bildirib ki, aparıcı N.Quliyevanın başına vurulan zərbələrin sayını, meyitin üzərində olan əlamətlər barədə məlumatı hadisədən bir gün sonra efirdə səsləndirib: "O, bunları necə əldə edib?"
 
 
Məhkəmədə mərhumun atası Şərif Quliyev deyib ki, həmin məlumatları Z.Baxışəliyeva özü söyləyib.
 
 
İ.Süleymanovun vəkilinin sözlərinə görə, cinayət işində qeyd olunub ki, meyitin tibbi ekspertizası günlərlə aparılıb: "Belə olan halda gəlin, ekspertizaya cəlb olunan 4 nəfəri məhkəməyə dəvət edək, onlardan soruşaq, görək, bir gün içində bu məlumatları Nərminin atasına kim deyib? Çünki biz inanmırıq ki, Zaura həmin məlumatları Şərif Quliyev desin".
 
 
Prosesdə vəkillər Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı A.Məmmədovun yenidən məhkəmədə dindirilməsini də tələb edib.
 
 
Məhkəmə həm ATV kanalında yayımlanan verilişə, həmçinin vəkillər tərəfindən təqdim olunan N.Quliyevanın itkin düşdüyü vaxtda keçirilən toy mərasiminin disklərinə baxılması, müdafiəçilərin qaldırdığı digər vəsatətləri nəzərə alaraq bugünkü məhkəməni yarımçıq saxlayaraq təxirə salıb.
 
 
Növbəti məhkəmə prosesi dekabrın 21-də keçiriləcək.
 
 
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
 
 
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.

Heftelik.az-ın məlumatına  görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına edilən dəyişiklikdə əksini tapıb.

BUNA DA BAX: Azərbaycandan sülhməramlılara Qarabağda təbii ehtiyatlar barədə XƏBƏRDARLIQ

Bundan əvvəl 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməli idi.

Eyni zamanda sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri də mənzil və ya fərdi evlə təmin ediləcək. Əvvəl bu müddət 2020-ci ilə qədər nəzərdə tutulmuşdu.

 

2 -dən səhifə 3666
Top