Sail Ağasəlim

Sail Ağasəlim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İnterpolun Azərbaycanda Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.

Heftelik.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə polis polkovniki Zamin Həsənov təyinat alıb.

Zamin Həsənov bu təyinata qədər DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi olub.

Məlumatı DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev təsdiqləyib.

Çərşənbə, 01 Fevral 2023 16:29

Çevik Polis Alayına komandir təyin edildi

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına (ÇPA) komandir təyin edilib.

Heftelik.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumatı təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri, polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Çərşənbə, 01 Fevral 2023 16:07

Türkiyə-Naxçıvan sərhədi açıldı

Türkiyə-Naxçıvan sərhədi açılıb.

Heftelik.az xəbər verir ki, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı APA-ya təsdiqləyib.

Konsulluğun nümayəndəsi Dursun Gül bildirib ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin 2022-ci il iyunun 20-dəki 232 saylı qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlamışdı.

 

Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 13 şahid - bağça müdirləri və icra nümayəndələri dindirilib.

Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov bildirib ki, işlədiyi dövrdə Şəmkir şəhər 6 saylı Körpələr evi-uşaq bağçasına 1587 manat məbləğində 30 kub odun yanacağı verilməsi barədə qaiməyə qol çəksə də, həmin yanacaq təhvil verilməyib:

“Qaiməni Alimpaşa Məmmədovun tapşırığı ilə imzalamışam. Mənə demişdilər ki, sən öz işinlə məşğul ol, heç nəyə qarışma”.

Alimpaşa Məmmədov ifadəyə belə münasibət bildirib: “Pərviz İbrahimovun dediklərinin hamısını təsdiq edirəm”.

Prosesdə əhalinin siyahıya alınması zamanı pul yığılması ilə bağlı ən çox adı çəkilən rayon Statistika şöbəsinin sabiq müdiri Pərvin Gözəlov da ifadə verib.

Pərvin Gözəlov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Şahidin sözlərinə görə, əhalinin siyahıya alınması zamanı icra nümayəndələri, bağça müdirləri və digər işçilərdən ümumilikdə 40 min manat pul toplanıb. Həmin pul da icra başçısının müavini Qüdrət Əliyev vasitəsilə Alimpaşa Məmmədova çatdırılıb.

Alimpaşa Məmmədov isə 40 min manatın 15 min manatını əziyyət çəkdiyi üçün Gözəlova qaytardığını deyib. Bu vaxt dövlət ittihamçısı ilə sabiq icra başçısı arasında mübahisə olub. Dövlət ittihamçısı əvvəlki ifadəsində 40 min manatın hamısını özünə götürdüyünü deməsini sabiq başçının diqqətinə çatdırıb.

18 ay şəhər Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş Elşən Quliyev isə bağçaların təminatı üçün ayrılan pulun mənimsənilməsi epizodu üzrə sorğu-sual edilib.

Elşən Quliyevin sözlərinə görə, ayrılan pullara bağçalar üçün müxtəlif materiallar almaq üçün ona Alimpaşa Məmmədov tapşırıq verməyib. Prokuror şahiddən düzgün danışmasını tələb edərkən Alimpaşa Məmmədov müdaxilə edərək tapşırığı özü verdiyini deyib:

"Mənə yaxşılıq eləmək istəyir (gülür). Mən tapşırığı vermişəm, ifadəni də təsdiqləyirsən. Elədi, qurtardı getdi!"

Şahid qismində ifadə verən bağça müdirləri isə əhalinin siyahıya alınması zamanı toplanmış pullar barədə danışıblar. Şahidlər siyahıya alınma zamanı toplanan pulların rayon statistika şöbəsinin müdiri Pərvin Gözəlov və icra başçısının müavini Qüdrət Əliyev tərəfindən Alimpaşa Məmmədova çatdırıldığını deyiblər.

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

1 -dən səhifə 84
Top