Ermənistandan Laçın və Kəlbəcər istgiqamətində - TƏXRİBAT

21 İyun 2022

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Heftelik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

BUNA DA BAX: XİN-dən Lavrovun Fərrux kəndi ilə bağlı fikrinə - REAKSİYA

Bildirilir ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Top