Ordumuzun Kəlbəcərdəki mövqeyi atəşə tutuldu

07 Dekabr 2022 15:12

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Həfətlik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

BUNA DA BAX: "Qardaş yumruğu" təlimləri Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür - Prezident

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

42 Baxış
Top