Sabah Türkiyənin ilk yerli hərbi mühərriki təqdim olunacaq

01 Fevral 2023 20:02

Türkiyənin 400 at gücündə ilk 20 ədəd yerli mühərriki (Taktik Təkərli Zirehli Avtomobil (TTZA) mühərrikləri) sabah “Vuran 4x4” maşınlarına quraşdırılmaq üçün təhvil veriləcək.

Heftelik.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, mühərriklər "BMC Otomotiv" şirkətinin Arifiyedəki zavodunda istehsal olunub.

Zavodun il ərzində 1000 mühərrik istehsal etmək gücü var. BMC Ankarada daha bir zavod açacaq və bununla da mühərrik istehsalının həcmi  2 dəfə artacaq.

69 Baxış
Top