Türkiyənin ilk milli tankları üçün mühərrik yaradılır – İki ay ərzində açıqlanacaq

01 Fevral 2023 20:02

Türkiyənin ilk milli “Altay” tanklarının istehsalı  üçün yaradılacaq mühərriklə bağlı işlər davam edir.

Heftelik.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu "BMC Otomotiv" şirkətinin İdarə Heyətinin üzvü Murat Yalçıntaş bildirib.

Murat Yalçıntaş bildirib ki, yaxın 2 ay ərzində təşkil olunacaq bir mərasimdə “Altay” tankı layihəsi və bu tank üçün yaradılacaq “Batu” mühərriki ilə bağlı məlumat veriləcək.

Murat Yalçıntaş 2025-ci ildən sonra “Fırtına” özüyeriyən artilleriya qurğularının yerli mühərriklə təchiz olunacağını da nəzərə çatdırıb.

36 Baxış
Top