Paşinyanın müavini Moskvaya gedir

22 Sentyabr 2022

Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryan Moskvaya işgüzar səfərə gedir.

Heftelik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, səfər bu gün baş tutacaq.

Mqer Qriqoryan Avrasiya İqtisadi Komissiyası və MDB İqtisadi Şurasının növbəti iclaslarında iştirak edəcək.

Xatırladaq ki, Mqer Qriqoryan Moskvada sonuncu dəfə 30 avqust tarixində səfərdə olub.

26 Baxış
Top