DTX: Sülhməramlıların müvəqqəti yerləşdiyi əraziyə hərbi texnikalar daşınır

24 Noyabr 2022 10:11

“İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır”.

Heftelik.az-ın məlumatına görə, bunu DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransda bildirib.

BUNA DA BAX: Ağdamda ermənilərin öldürdüyü şəxslərin sümükləri aşkarlandı - YENİLƏNİB

Ceyhun Şadlinski deyib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

54 Baxış
Top