Laçın-Xankəndi yolunda ekofəalların etirazları 39 gündür davam edir

19 Yanvar 2023 08:01

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Heftelik.az-ın APA-ya istinadən verdiyiməlumata görə,  aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ekofəallar aksiyanın 39 -cu günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

36 Baxış
Top