Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bir qədər əvvəl akiya keçirilən yerdən, Xankəndidən Laçın istiqamətinə 6 yük avtomobili keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
Qeyd edək ki, bu gün indiyədək yoldan RSK-ya məxsus 50, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 10 avtomobil yolun hər iki istiqamətinə keçid edib.