Azərbaycanda ət ucuzlaşacaq

22 İyun 2022

Azərbaycanda ət ucuzlaşacaq.

Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabinetinin  bu gün qəbul etdiyi qərar bunu təmin edəcək.

BUNA DA BAX: “Şikəst” sözünə - QADAĞA

Qərara əsasən, heyvanlarla bağlı yalnız şəhadətnamə veriləcək və indiyə qədər 20 manat dövlət rüsumu ödənməklə alınmış baytarlıq pasportunun alınması artıq  tələb olunmayacaq. Baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.

Bundan əlavə, APA-nın məlumatına əsasən, hökumət “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilməsi təklifi ilə çıxış edib və Milli Məclisin bu gün keçiriləcək iclasında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. Layihənin qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq.

Beləliklə, ümumilikdə bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Başqa sözlə,  Qurban bayramı ərəfəsində hər bir heyvanın maya dəyəri 25 faiz aşağı düşür.

Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır.

Top