Müharibə veteranlarının reyestri belə aparılacaq - QAYDA

05 Avqust 2022

Nazirlər Kabineti “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nı təsdiqləyib.

Heftelik.az-ın məlumatına görə, iQaydaya əsasən, reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləş- dirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

BUNA DA BAX: Hərbçimiz minaya düşdü - FOTO

Reyestr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranı statusu almış şəxslər barəsində formalaşdırılan elektron sənədlərdən və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı, iştirakçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının   Daxili   İşlər   Nazirliyi,   Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə  və  İnformasiya  Təhlükəsizliyi  Dövlət  Xidməti,    Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları, stifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər, sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Reyestrin strukturuna aşağıdakı modullar daxildir:

- məlumatların daxil edilməsi modulu;

- məlumatlara baxış modulu;

- hesabatlar

Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

“məlumatların daxil edilməsi” modulu vasitəsilə müharibə veteranı statusu almış şəxslər barədə bu Qaydada göstərilən məlumatların daxil edilməsi;

- “məlumatlara baxış modulu” vasitəsilə Reyestrdə toplanılmış məlumatların axtarışı və məlumatlara baxılması;

- “hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.

Reyestrin formalaşdırılması, dayanıqlı və fasiləsiz fəaliyyəti, aparılması, idarə olunması, tamlığı və mühafizəsi, Reyestrə çıxışı olan və onun aparılmasında iştirak edən əməkdaşların gücləndirilmiş elektron imza ilə təmin edilməsi, Reyestrin iştirakçıları tərəfindən daxil edilən məlumatların tamlığına və dolğunluğuna nəzarət edilməsi, habelə onların tələbi əsasında müharibə veteranı statusu almış şəxslər barədə məlumatlarda aparılan düzəlişlərin təsdiq və ya imtina edilməsi Reyestrin sahibi tərəfindən həyata keçirilir. Reyestrdə müharibə veteranı statusu almış şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “İnformasiya    əldə    etmək    haqqında”,    “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Reyestrdə məlumatların toplanılması, işlənilməsi,
sorğuların verilməsi və icrası, habelə Reyestrin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.

Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür.Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Reyestrə daxil edilmiş məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat verməli, Reyestrin fəaliyyətinə xələl gətirəcək hərəkətlərə yol verməməlidirlər. Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrin fəaliyyəti ilə bağlı Reyestrin sahibinə təkliflər verə bilərlər. Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir. 

Reyestrin iştirakçıları müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində müharibə veteranları barədə aşağıdakı məlumatları Reyestrə daxil etməlidirlər:

- soyadı, adı, atasının adı;

- fərdi identifikasiya nömrəsi (FİN-i);

- hərbi rütbəsi;

- hərbi xidmətə başladığı tarix;

- hərbi xidmətdən buraxılma tarixi;

- müharibə veteranı statusunun verildiyi tarix;

Azərbaycan R espublikasının müharibə veteranı vəsiqəsinin nömrəsi və verildiyi tarix.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti bu Qaydada nəzərdə tutulan məlumatların kağız və elektron daşıyıcılarda Reyestrin sahibinə təqdim olunmasını təmin etməlidirlər.

Reyestrin istifadəçilərinin Reyestrdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaya uyğun olaraq Reyestrə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.  Hüquqi və fiziki şəxslər Reyestrdə olan açıq məlumatlarla tanış ola bilərlər.

Reyestrin sahibi Reyestrin istifadəçilərinin Reyestrə girişini aşağıdakı hallarda məhdudlaşdırır:

- Reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

- bu Qayda ilə    müəyyən      edilmiş     tələblər       yerinə yetirilmədikdə.

43 Baxış
Top