Şəhid və şəhid ailələrinin reyestri belə aparılacaq

05 Avqust 2022

Nazirlər Kabineti “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edib. 

Heftelik.az-ın məlumatına görə, qərara əsasən, Reyestrin iştirakçıları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə aşağıdakı məlumatları Reyestrə daxil etməlidirlər:

BUNA DA BAX: Müharibə veteranlarının reyestri belə aparılacaq - QAYDA

-şəhid statusu almış şəxslər barədə: 1. soyadı, adı, atasının adı;

-fərdi identifikasiya nömrəsi (FİN-i);

-hərbi qulluqçu və ya mülki şəxs olması; -hərbi rütbəsi;

-hərbi xidmətə başladığı tarix;

-həlak olduğu və ya xəbərsiz itkin düşdüyü tarix;

-itkin düşdüyünə görə ölmüş elan edilməsinə dair məhkəmənin
qanuni qüvvəyə minmiş qərarının tarixi, nömrəsi və onu qəbul edən məhkəmənin adı;

-həlak olduğu və ya xəbərsiz itkin düşdüyü yer;
-dəfn olunduğu yer;
-şəhid statusunu təsdiq edən sənədin nömrəsi və verilməsi
tarixi;

şəhid ailəsi statusu almış şəxslər barədə:
-soyadı, adı, atasının adı;
-fərdi identifikasiya nömrəsi (FİN-i);
-şəhid statusu almış şəxslə qohumluq əlaqəsi;
-şəhid ailəsi statusunu təsdiq edən vəsiqənin nömrəsi və
verilməsi tarixi.
Dövlət Təhlükəsizliyi Xidməti
və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti bu Qaydada nəzərdə tutulan məlumatların kağız və elektron
daşıyıcılarda Reyestrin sahibinə təqdim olunmasını təmin etməlidirlər.
Reyestrin istifadəçilərinin Reyestrdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydalara uyğun olaraq Reyestrə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin
onların həyata keçirilməsi yolu ilə təmin edilir.
Hüquqi və fiziki şəxslər Reyestrdə olan açıq məlumatlarla tanış ola bilərlər.
Reyestrin sahibi Reyestrin istifadəçilərinin Reyestrə girişini
aşağıdakı hallarda məhdudlaşdırır:
-reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə baş
verdikdə;
-. bu Qayda ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

Reyestrin aparılması qaydası aşağıdakı kimi olacaq:
Reyestrin formalaşdırılması, dayanıqlı və fasiləsiz fəaliyyəti, aparılması, idarə olunması, tamlığı və mühafizəsi, Reyestrə çıxışı olan və onun aparılmasında iştirak edən əməkdaşların gücləndirilmiş elektron imza ilə təmin edilməsi, Reyestrin iştirakçıları tərəfindən daxil edilən məlumatların tamlığına və dolğunluğuna nəzarət edilməsi, habelə onların tələbi əsasında şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə məlumatlarda aparılan düzəlişlərin təsdiq və ya imtina edilməsi Reyestrin sahibi tərəfindən həyata keçirilir.
Reyestrdə şəhid və şəhid ailəsi üzvü statusu almış şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, habelə Reyestrin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.
Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür.
Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Reyestrə daxil edilmiş məlumatlarda (sənədlərdə) aşkar
edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat verməli, Reyestrin fəaliyyətinə xələl gətirəcək hərəkətlərə yol
verməməlidirlər.
Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrin fəaliyyəti ilə bağlı Reyestrin sahibinə təkliflər verə bilərlər.
Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

48 Baxış
Top