Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.
Heftelik.az-ın məlumatlna görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti martın 1-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.