“Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır” - Komitə sədri

21 Sentyabr 2022

“Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır”.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

BUNA DA BAX: Şuşaya qayıdış bu tarixdən başlayacaq

Komitə sədri bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hökumətin müvafiq strukturları ilə razılaşdıraraq bu barədə parlamentə məlumat verib: “Parlament və Prezident Adminstrasiyasının əməkdaşlığı çərçivəsində bu sənəd üzərində son tamamlama işləri gedir. Mən də bunu sənədi parlamentin sədri Sahibə Qafarovaya təqdim etmişəm”.

31 Baxış
Top