Uşaqlara cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunanlar üçün MƏHDUDİYYƏT

01 Fevral 2023 18:02

Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər müəyyənləşir.

Heftelik.az-ın məlumatına görə,  bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə əlavə edilən yeni 17-1 maddəsində əksini tapıb.

Yeni maddəyə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməyəcəklər.

47 Baxış
Top