Vilayət Eyvazov tanınmış idmançını rəis təyin etdi - FOTO

21 Sentyabr 2022
Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Eduard Məmmədov "İnstaqram"-da paylaşım edib. 
Idmançı bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinovadır.
 
32 Baxış
Top