Azərbaycan Prezidenti özünə yeni köməkçi təyin etdi

24 Noyabr 2022 17:11

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

BUNA DA BAX: Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olundu

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. 

46 Baxış
Top