Prezident Administrasiyasında yeni şöbə yaradıldı

24 Noyabr 2022 18:11

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb.

Heftelik.az-ın məlumatına görə, PA-da yeni yaradılan struktur Hərbi-texniki təminat məsələləri şöbəsidir.

BUNA DA BAX: Azərbaycan Prezidenti özünə yeni köməkçi təyin etdi

Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

46 Baxış
Top