AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.
Heftelik.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.
BUNA DA BAX: Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb - FOTO
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.