Gömrük generalının həbsi - 200 minlik rüşvət...

22 İyun 2022

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

BUNA DA BAX: DTX-nin tutduğu general işdən çıxarıldı - Yeni təyinat 

Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. 

Ehtiram Xəlilovun nədə ittiham olduğu da məlum olub. Gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 mindən çox rüşvət aldığı bildirilir.

Top