Qazaxda 3 məktəblini ildırım vurdi - İki bacıdan biri öldü - YENİLƏNİB

22 Sentyabr 2022

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

***

saat 16.03

Qazaxda iki uşağı ildırım vurub.

Qazax Müalicə Diaqnostika Mərkəzindən Heftelik.az-a verilən xəbərə görə, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

41 Baxış
Top