Bakı aeroportunda kran aşdı: ÖLƏN VAR

22 Sentyabr 2022

Heydər Əliyev Beynəlxalq Hava Limanında dəhşətli hadisə baş verib.

Heftelik.az manset.az-a istinadən xəbər verir ki, Hava limanı ərazisindəki köhnə anqarda, daha dəqiq desək “E” dayanacağında kran fəhlələrin üzərinə aşıb.

Hadisə nəticəsində bir fəhlə faciəvi şəkildə həyatını itirib, digəri isə ağır yaralanıb.

Dəhşətli hadisənin təfərrüatları bəlli deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

192 Baxış
Top