Goranboyda ağır qəza

02 Oktyabr 2022 10:10

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb.

BUNA DA BAX: Tərtər sakinləri minaya düşdü

Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov, 39 yaşlı Fədai Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

45 Baxış
Top