Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

02 Oktyabr 2022 11:10

Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Heftelik.az-ın report-a istinadən verdiyi məlumata göə,  2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.

BUNA DA BAX: Goranboyda ağır qəza

Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

57 Baxış
Top