Xocavənddə minaya düşən var

02 Oktyabr 2022 12:10

Xocavənd rayonunda Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən fəhlə minaya düşüb.

Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Heftelik.az-a verilən məlumata görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.

BUNA DA BAX: Tərtər sakinləri minaya düşdü

Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasif Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:

Partlayış nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur.

Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.

39 Baxış
Top