Bakıda dəhşət: Kişi keçən il boşandığı arvadını öldürdü

07 Dekabr 2022 19:12

Bakıda kişi keçmiş arvadını qətlə yetirib.

Bu barədə Heftelik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Raminə Qəribova keçmiş əri, 1976-cı il təvəllüdlü İlqar Qəribov tərəfindən qətlə yetirilib.

İlqar Qəribov polis əməkdaşları tərəfindən "isti izlərlə" saxlanılıb.

Cütlük ötən il boşanıb.

31 Baxış
Top