Bakıda kişinin keçmiş arvadını öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT

07 Dekabr 2022 19:12

Baş Prokurorluq Bakının Xətai rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a

Baş Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb

 bildirilib ki, paytaxtın Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

50 Baxış
Top