Kəndlisini gecə güllələyib öldürdü

08 Dekabr 2022 09:12

Dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

BUNA DA BAX: Bakıda kişinin keçmiş arvadını öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

44 Baxış
Top