Sumqayıt-Bakı qatarı 20 yaşlı gənci öldürdü - YENİLƏNİB

08 Dekabr 2022 10:12

Sumqayıt-Bakı elektrik qatarının vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Hacı Ağazadə Əmralı olduğu bildirilir.

Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09.12

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) Heftelik.az-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

BUNA DA BAX: Kəndlisini gecə güllələyib öldürdü

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

97 Baxış
Top