Magistral su kəmərində qəza - Bakının bu rayonlarının suyu kəsilir

08 Dekabr 2022 10:12

Kür-Bakı magistral su kəmərində qəza baş verib. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

"Azərsu" ASC-dən Heftelik.az-a verilən məlumata görə, əraziyə qəza briqadları və xüsusi texnika cəlb olunub.

BUNA DA BAX: Nazirlər Kabinetinə yollara dair TAPŞIRIQ

Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

42 Baxış
Top